"Xoşbəxt olsun uşaqlar" adlı bayram tədbiri keçrilib

    31 may 2024-cü il tarixdə liseyin UBTR-i A.Zeynalovanın təşkilatçılığı ilə 1 İyun Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş  "Xoşbəxt olsun uşaqlar" adlı bayram tədbiri keçirilib.

    Tədbirdə liseyin 5c sinif şagirdləri dünya ölkələrinin dillərində çıxışlar edib və müxtəlif mahnılar ifa ediblər. Onlar asfalt üzərində rəngarəng rəsmlər çəkib və bir-birindən maraqlı rəqslər təqdim ediblər.
    Eyni zamanda məktəbin bütün şagirdləri idman oyunlarında iştirak ediblər. Balaca gimnastlar öz idman hərəkətləri ilə hamının diqqətini cəlb edib. Şagirdlər məktəbin həyətində təşkil olunmuş dama oyunlarıda iştirak edib, futbol, voleybol oyunlarıını həvəslə oynayıblar.  Həmin gün uşaqlar öz çıxışları ilə günlərini daha da maraqlı ediblər.

    Sonda 5c sinif şagirdləri dünyanın müxtəlif ölkələrinin bayraqlarını qaldırılaraq "Xoşbəxt olsun uşaqlar" mahnısın ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi