“Sağlam həyat tərzi necə olmalı?” mövzusunda maarifləndirici söhbət aparılıb

   14 may 2024-cü il tarixdə liseyinin psixoloqu İradə Cəfərova tərəfindən 7b sinif şagirdləri üçün “Sağlam həyat tərzi necə olmalı?” mövzusunda maarifləndirici söhbət aparıb.

    Söhbət zamanı şagirdlərə sağlıqlı həytat tərzinin faydaları, düzgün qidalanma, düzgün yuxu rejimi haqqında məlumat verilib.

    Şagirdlərdən sağlıqlı həyat tərzinə sahib olmaq üçün deyilənlərdən hansılara əməl etdikləri haqqında məlumat alınıb.

    Eyni zamanda onlara "Sağlıqlı olmayan həyat tərzi necə olur və fəsadları hansılardır?" kimi suallar verilərək onlarla diskussiya aparılıb. Şagirdlərə sağlamlığa ciddi problem yaradan və eləcə də düzgün həyatı məhv edən siqaret, narkomaniya, sipirtli, qazlı içkilər, fast food qidalar, internet-telefon asılılığı haqqında da qısa məlumat verilib və o cür insanların həyat tərzində  yaranan problemlər haqqında qısa məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi