Məktəblilərin sağlam qidalanması mövzusunda seminar keçirilib

    Liseyin həkimi Leyla Nuriyeva və liseyin tibb bacısı Könül Əhmədova tərəfindən "Məktəblilərin sağlam qidalanması” mövzusunda seminar keçirilib.

    Seminarda 5-6 sinif şagirdləri iştirak ediblər. Şagirdlərə qidalanma ilə bağlı vacib məsələlər izah olunub.

    Tərəvəzlərin və meyvələrin faydalarından məlumat, fast food və qazlı şəkərli içkilərdən istifadə etməmək haqqında tövsiyələr verlib.

    Düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir. Təcrübə göstərir ki, qidalanma zamanı heç bir prinsipi gözləməmək ən çox yol verilən səhvlərdən biridir. 

    Sonda şagirdlərin sualları cavablandırılıb.

 

 

 

                                                     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi