‘’Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması” mövzusunda qrup işi aparılıb

    Liseyinin psixoloqu İradə Cəfərova tərəfindən 6b sinfində ‘’Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması” mövzusunda qrup işi aparılıb.

    Qrup söhbəti zamanı uşaq hüquqları və vəzifələri haqqında şagirdlərlə  müzakirələr təşkil olunub.

    "Öz hüquqlarını nə dərəcədə bilirlər?" və "Vəzifələrinə hansı həddə əməl edirlər?" sualları ətrafında şagirdlərin fikirləri alınıb və daha ətraflı məlumatlar verilib.

    Həmçinin, uşaq hüquqlarının məktəb daxilində pozulduğu hallardan olan ”Bullinq nədir və bullinqə qarşı necə mübarizə apara bilərik?” mövzularında şagirdlərlə müzakirələr aparılıb və sualları cavablandırılıb.

    Eyni zamanda bullinqlə qarşılaşdıqları zaman özlərində , ya da sinif yoldaşlarında, bu kimi hallar baş verərsə necə davrana biləcəkləri barədə məlumatlar  verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi