“Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

    Liseyin biologiya müəllimi Sədaqət Əliyeva və psixoloq İradə Cəfərova 9-10-cu sinif şagirdləri ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçiriblər.

    İradə Cəfərova zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb.

    Sədaqət Əliyeva isə “Narkomaniya yox deyək!” mövzusunda geniş təqdimatla çıxış edərək, şagirdlərə zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə məlumatlandıb.

    Tədbirdə həmçinin “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi