27 sentyabr Anım Gününə həsr olunmuş şahmat yarışı keçrildi

27.09.2022-ci il tarixində liseyin idman müəllimi Murad Mehtiyevin təşkilatçılığı ilə şagirdlər arasında Anım Gününə həsr olunmuş şahmat yarışı keçrilmişdir.
Yarışmanın əvvəlində şagirdlərə şəhidlərimiz haqqında geniş məlumat verildi. Şəhidlərin döyüş yolu, qəhrəmanlıqlarından danışıldı.
Şagirdlər şəhidləri unutmayacaqlarını, qəlblərində daim yaşadacaqlarını söylədilər.
Yarış maraqlı və gərgin şəraitdə keçirildi. Hər bir şagirdimiz şəhidlərimizə həsr olunmuş bu yarışda brincilik uğrunda mübarizə apardı.