İlk zəng

          15 Sentyabr – respublikamızda “ Bilik günü  “ kimi qeyd olunur. Bu münasibətlə məktəbimizdə bayram tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlandı.  Məktəbin direktoru Rahidə İsmixanova şagird və müəllimləri təbrik edərək onlara nailiyyətlər arzuladı. Məktəbin uğurları, ümümillikdə dövlətin təhsil siyasəti ,Azərbaycanda təhsilə göstərilən qayğı barədə söhbət açdı,

          Məktəbimizin məzunu olmuş, yüksək  balla tələbə adını qazanmış Zümrüd Fətdahova  öz sevincini tədbir iştirakçıları ilə bölüşdü, müəllimlərə öz təşəkkürünü bildirdi.

          Valideynlər adından Təranə  Səfərova  çıxış edərək  məktəb kollektivinə təşəkkür etdi, məktəbə ilk qədəm qoyan birinciləri təbrik etdi. Birincilərin təbriki alqışlarla qarşılandı.

         Tədbirdə Aqil Ağamirzəyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun təbrik məktubunu  tədbir iştirakçılarını nəzərinə çatdırdı.   

          İlk zəng vurulduqdan sonra şagirdlər sinif otaqlarına daxil oldular.

          Məktəbdə ilk məşğələ ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi