Əsrimizin tacidarı – Məhəmməd Füzuli

             Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan hər tərəfə yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.

             Gənc nəslin intellektual qabiliyyətinin inkişafı , şairin zəngin ədəbi- bədii irsinin öyrənilməsi məqsədilə ədəbiyyat müəllimi Samirə Cəfərova V “ B” sinif şagirdləri ilə məktəb kitabxanasında “Əsrimizin tacidarı – Məhəmməd Füzuli ” adlı dəyirmi masa keçirdi. Tədbirdə şagirdlər tərəfindən şairin qəzəlləri səsləndirildi, əsərlərinə münasibət bildirildi və təqdimatlar dinlənildi. Şairin yaradıcılığında sevilən qəzəllərindən olan ” Söz “ qəzəlinin beytlərinin izahı tədbirə xüsusi maraq qatdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi