Qoy danışsın təbiət

            Sağlam ailənin formalaşmasında ailə dəyərləri,milli-mənəvi dəyərlərin qorunmasının, sağlam  həyat tərzinin xüsusi əhəmiyyəti vardır. Sağlam həyat tərzi isə ekoloji düşüncə ilə sıx əlaqədardır. Bu gün məktəbin ədəbiyyat müəllimi Səadət Seyidovanın rəhbərliyi ilə  VI “ A “ sinfində şagirdlərin bu barədə düşüncələrini əks etdirən "Qoy danişsın təbiət (Qabil)" adlı tədbir keçirildi. Şagirdlər "Yaşıl dünya”mızın gözəlliklərini ,əhəmiyyətini əks etdirən fikirlər,şeirlər söylədilər. Tədbirdə,ekoloji mühitin təmizliyinin ən vacib amillərdən olduğu vurğulandı. Təbiətin bizə bəxş etdiyi gözəlliklərə biganə münasibət göstərənləri, məhvinə səbəb olanları  tənqid edən səhnəciklər tədbirə xüsusi maraq qatdı. Sonda şagirdlərin bu mövzuda çəkdiyi rəsmlər də nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi