Dahi şairin yaradıcılığına ekskursiya

             “ Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında “  sərəncama əsasən məktəbdə müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.Şagirdləri  dahi şairin zəngin ədəbi-bədii irsi ilə tanış etmək və milli- mənəvi dəyərləri təbliğ etmək məqsədilə ədəbiyyat müəllimi Aybəniz Abdullayeva VIII sinif şagirdləri ilə  Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə  ekskursiya təşkil etdi. Ekskursiya zamanı  muzey bələdçisi şagirdlərə Ədəbiyyat Muzeyinin yaranma tarixi, habelə Nizami Gəncəvi, Seyid İmadəddin Nəsimi , Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş ekspozisiya zalları haqqında geniş məlumat verdi.Ədəbiyyat Muzeyində qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, habelə müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri şagirdlərdə ədəbiyyatımızın bu günədək keçdiyi inkişaf yolu barədə dolğun təsəvvür formalaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi