Şərqdən doğan günəş

             Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii irsinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir.

             Həmin sərvətlərin dəyərini gənc nəsillərə aşılamaq və onları bu istiqamətdə  maariflndirmək məqsədilə məktəbin ədəbiyyat müəllimi Şəfa Əhmədova və tarix müəllimi Samirə Həmzəyevanın təşkilatçılığı ilə V “ C” sinfində “ Şərqdən doğan günəş “ adlı nümunəvi dərs təşkil olundu. Dərsdə fənlərarası inteqrasiya qurmaqla klassik şairin həyat və yaradıcılığına  ədəbi-tarixi aspektdə münasibət göstərildi. Füzuli ədəbi irsini əks etdirən videoçarx və “ Söhbətül- əsmar “ əsərinin animasiyası nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi