Şagirlərimiz "İstiqlal" muzeyi və "Şəhidlər xiyabanını" ziyarət etdi

17 aprel 2016-cı ildə liseyin 5a, 6b, 6e, 7a siniflərindən bir qrup şagird liseyin müəllimləri T.Mənsurə, Ə. Könül və Y. Lalənin rəhbərliyi altında "İstiqlal" muzeyini ziyarət etdilər. Uşaqlar muzey bələdçisinin danışdıqlarına çox böyük maraqla qulaq asdılar. Şagirdlərimiz orada olduğu müddətdə "Lider" televiziyası əməkdaşları muzeydə "Əsgərə məktub" aksiyası keçirirdi. Şagirdlərimiz həvəslə aksiyaya qoşuldu, bir neçəsi kamera qarşısında jurnalistlərin suallarını cavablandırdı. Muzeydən sonra birlikdə "Şəhidlər xiyabanını" ziyarət etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi