Şagirdlərimiz VII İngilis dili olimpiadasında sertifikata layiq görüldülər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və ADA universitetinin təşkilatçılığı ilə 8 və 9-cu sinif şagirdləri üçün keçirilən VII İngilis dili olimpiadasında 1674 iştirakçı arasından şagirdlərimizdən Cəfərli Nihat, Tağıyeva Nilgün və Abbaszadə Şamil seçilərək ilk 100 ən yaxşı nəticə toplamış şagirdlərin sırasına düşmüş və fərqlənmə sertifikatına layiq görülmüşlər.