Şagirdimiz Fərhad İskəndər Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) qızıl medal qazandı

24-29 iyun tarixlərində Şimali Makedoniyanın Struqa şəhərində Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) milli komandamız uğurla çıxış edərək 1 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 5 medal qazanıb.
Qeyd edək ki, milli komandanın tərkibində yeganə qızıl medalı qazanan liseyimizin şagirdi Fərhad İskəndər olub. Fərhad İsgəndər olimpiadada təqdim edilən bütün tapşırıqları həll edərək mümkün 40 baldan maksimum nəticə, yəni 40 bal toplayaraq olimpiadanın “First of first” (“Birincilərin birincisi”) nominasiyasına layiq görülüb.