Şagirdimizin Robototexnika Olimpiadalarında Uğurları

Liseyimizin 8C sinif şagirdi Cəfərli İbrahim robototexnika sahəsində qazandığı uğurlarla bizi qürurlandırmağa davam edir.
1–2 mart tarixlərində Bakı İdman Sarayında keçirilmiş Fibonacci Beynəlxalq Robot Olimpiadası – Azərbaycan Milli Çempionatında İbrahim MİNİ SUMO kateqoriyası üzrə I yerə layiq görülmüşdür.
Bundan əlavə, 9–11 may tarixlərində ADA Universitetində keçirilmiş Azərbaycan Beynəlxalq Robotika Olimpiadası (AIRO)-da da iştirak etmiş və eyni kateqoriya üzrə uğurla yarışaraq sertifikatla təltif olunmuşdur.
Gənc istedadımızı təbrik edir, gələcək yarışlarda da ona böyük nailiyyətlər arzulayırıq!