Fəxri qonaq təşrif buyurdu

      Oktyabr ayında 287 nömrəli Zəkalar liseyinin şagirdləri arasında keçirilən sorğu əsasında  liseyə qonaq dəvət etmək planlaşdırılmışdı.  Sorğunun nəticələrinə görə şagirdlərin ən çox görmək istədikləri qonaqlar siyahısında Milli Məclisin üzvü Qənirə Paşayevanın adı ilk yerdə idi.  Şagirdlərin istəyi  millət vəkilinə çatdırıldıqda o, böyük məmnuniyyətlə təklifi qəbul etdi və liseyə təşrif buyurdu. Fəxri qonaq liseyın kollektivi tərəfindən böyük həvəs və sevinclə qarşılandı. Qənirə Paşayevanı görmək, onun maraqlı həyat  təcrübəsindən yararlanmaq istəyən şagirdlər  onunla görüş saatını böyük həyəcanla gözləyirdilər. Görüş zamanı şagirdlər hazırladıqları sualları ona ünvanladılar. Millət vəkili ilə birlikdə liseyə Regional   Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova da liseyə qonaq gəlmişdi. Qonaqlar liseyə Azərbaycan tarixinin dünənini, bugünü əks etdirən kitablar və başqa hədiyyələr gətirmişdilər. Tədbirin sonunda iştirakçı şagirdlərə hədiyyələr verildi.  Qonaqlar şagirdlərlə   görüşdən böyük məmnunluq hissilə ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi