“Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti marşrutu

        Noyabrın 16-da “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Xətai rayon məktəblilərinin Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfəri başa çatıb. Səfərdən qayıdan məktəbliləri Heydər Əliyev adına istirahət parkında Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi və valideynlər qarşılayıblar.

       IX –Xİ siniflər üçün  maarifləndirici tur-aksiya  çərçivəsində Gəncə-Şəmkir- Göygöl marşrutu üzrə hərəkət edildi.  İLk gün Gəncə  şəhərilə tanışlıq Heydər Əliyev mərkəzidən başlandı. Daha sonra  aksiya iştirakçıları  Gəncə şəhərinin görkəmli, tarixi yerləri, muzeyleri, qədim binaları, tarixi əks etdiren abidələrlə yaxından tanış oldular. Göygöl rayonuna səyahət   edən   gənclər qədim alman evləri, kilsə  və qədim binalarla tanış  oldu, turu Göygölə səfərlə başa vurdular. Səfərin  üçüncü  günü   Şəmkir rayonunu gəzməklə başlayan məktəblilər günü “Kim? Ne? Harada?”  intellektual oyunu   ilə bitirdilər.  287 nömrəli  Zəkalar  liseyini təmsil edən Tağıyeva Nilufər və İskəndərov  Murad oyunlarda aktiv iştirak ediblər.   İ.Muradın kapitanı oluğu “Xətai -1” komandasının  tərkibində şagirdlər birinci yerə layiq   görüldülər.   Qaliblər kubok və medallarla mükafatlandırılıblar.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi