“Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”ndə şagirdlər birincilik qazandı

Bakı şəhər məktəblilərinin Kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 yanvar 2016-cı il tarixli 12 nömrəli əmri ilə elan edilmişdir.Bakı şəhəri ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirak etdiyi müsabiqənin təhsil müəssisələrində təşkil edilən birinci mərhələsi 1 fevral -1mart 2016-cı il tarixlərində, Bakı şəhərinin rayonları üzrə ikinci mərhələsi isə 7 mart-4 aprel 2016-cı il tarixlərində keçirilmişdir.Müsabiqənin əsasnaməsinə əsasən tərkibi 3 nəfərdən ibarət olan komandalar 2 akademik saat ərzində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin proqramlarına uyğun olaraq Kimya fənni üzrə 30 sualdan ibarət testi, 5 məsələni və 1 praktiki işi yerinə yetirmişlər. Qaliblər ekspert qrupu tərəfindən müəyyənləşdirilmiş, çox bal toplayan komandalar qalib hesab olunmuşdur.Xətai rayonu 287 nömrəli “Zəkalar” liseyini 9-cu sinif şagirdi Paşayeva Aytəkin, 10-cu sinif şagirdi Bağırov Ömər, 11-ci sinif şagirdi Mustafayev Seymur təmsil etmişlər. Komandaya liseyin Kimya müəllimi Lamiyə Sədirova rəhbərlik edir.Ən yüksək nəticəni toplayaraq Bakı şəhəri Xətai rayonu məktəbliləri arasında keçirilən “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”ndə yüksək bilik və bacarıq nümayiş etdirdiyi üçün I yer tutduğuna görə diplomla təltif olunublar. Liseyimizin direktoru Aygün xanım şagirdlərə uğurlar arzulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi