Məktəblərdə "bullinq" probleminin həll yolları haqqında

        Müasir dünyada təhsil sistemində uşaqların təqib edilməsi problemi həm pedaqoqlar, həm də psixoloqlar üçün çox aktualdır.  Bu  baxımdan, məktəblilər araslnda maarifləndirmə işlərinin  gücləndirilməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. 13.11.2019 tarixində 287 nömrəli Zəkalar liseyində təşkilati işlər üzrə direktor müavini    Səidə Rəhimovanın VII və VIII  sinif şagirdləri ilə görüşü baş tutdu. 

        Şagirdlərə mövzunun vacibliyini qeyd edən S.Rəhimova qeyd etdi: "Uşaqlarda və yeniyetmələrdə bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxaran halların sayı xüsusi narahatlıq doğurur. Şəxsiyyətin gələcəkdə formalaşması və inkişafı belə problemlərin həllindən asılıdır. Bəzi hallarda isə yaranmış vəziyyətin "səliqəli" həlli onun yoluna qoyulması ilə nəticələnir. Demək olar ki, bütün uşaqlar məktəbdə təqibə məruz qalır. Bu məsələni təhlil edərkən ailə problemlərinin uşağın ümumi emosional fonuna təsirini nəzərə almamaq olmaz. Çünki bu, sinif yoldaşları ilə qarşılıqlı münasibətə, müəllimlərlə ünsiyyətə və s. təsir göstərir. Ailədə etimad ab-havası, səmimi maraq, uşaqla daim ünsiyyətdə olmaq - bütün bunlar valideynlərə uşağın psixoloji inkişafının hər yaş dövründə ortaya çıxan çətin ziddiyyətləri tez və ağrısız şəkildə həllinə kömək edəcək."

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi