Şərəfli müəllim ömrü

     11 noyabr 2019-cu il tarixində  287  nömrəli Zəkalar liseyinin qurucusu, "Əməkdar müəllim"  Rafil İmanovun 70 illik yubileyi   qeyd edildi. Tədbirdə liseyin kollektivi  və ailə üzvlərindən başqa Rafil İmanovun müəllim kimi çalışdığı  ilk illərdən  dərs dediyi  şagirdləri, pedaqoji fəaliyyəti boyunca onunla çiyin-çiyinə çalışmış müəllim  və  dəyərli riyaziyyatçı alim yoldaşları, yaxın dostları iştirak edirdilər.   Tədbirin təşkilatçısı liseyin təşkilati işlər üzrə direktor müavini Səidə Rəhimova, ssenari müəllifləri  liseyin Azərbaycan dili və ədəbiyyat müəllimləri Tərlan Həsənova, Sahilə Bilalova idi. Tədbiri   liseyin direktoru, Rafil İmanovun şagirdlərindən biri Aygün Əhmədli giriş sözü ilə açıq elan etdi. Tədbirin bədii  hissəsindən sonra yubilyarın həyat yoluna həsr olunmuş  "Müəllim ömrü"   adlı film nümayiş etdirildi. Daha sonra  çıxış edənlər  yubilyarın dəyərli ömür yolundan bəhs etdilər. Tədbirdən sonra bir qrup tədbir iştirakçısı Rafil İmanovun qəbrini ziyarət etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi