Şagirdimizin kitabı nəşr olundu

2016-cı il aprelin 1-i liseyimizin akt zalı yenə qonaqlı-qaralı idi. Bu dəfəki tədbir həmişəkilərdən fərqlənirdi. Bu dəfə yığışmağımızın səbəbi gənc yazıçımız idi. Belə ki, 7a sinif şagirdi Nigar Babayevanın ilk kitabının -"Həyat və mən"-in təqdimatı keçirilirdi.Zala liseyin rəhbərliyi, Nigarın müəllimləri və qohumları toplanmışdı. İlk sözlə gənc yazarın Azərbaycan dili və Ədəbiyyat müəlliməsi , eyni zamanda kitabın redaktoru Könül Əliyeva çıxış etdi. Sonra sözü müəllifə verdi. Daha sonra liseyin direktoru Aygün Əhmədli, kitaba rəy vermiş Şəhla Nihan, liseyin müəllimləri və Nigarın valideynləri çıxış etdilər. Çıxış edənlər müəllifin öz yaşına uyğun müdrikliyindən, yazıların səmimiliyindən, fərqli şəxsiyyətindən bəhs etdilər. Gələcəkdə dərslərində və yaradıcılığında uğurlar arzu etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi