Müəllimimiz fəxri ad aldı

2019-cu ilin 5 oktyabr tarixini kollektivimiz üçün ikiqat əlamətdar oldu. Müəllimlərin peşə bayramı günü ərəfəsində liseyimizin ingilis dili müəllimi Süleymanova Fatimə ölkə rəhbərinin fərmanı ilə "Əməkdar müəllim" adına layiq görüldü. Dəyərli insan, gözəl pedaqoq, sevimli iş yoldaşımız olan Fatimə müəlliməyə can sağlığı və uğurlar arzu edirik.