1d sinifində Novruz bayramı

18 mart 2016 tarixində “Zəkalar ” liseyinin ibtidailər korpusu rəngarəng bəzədilmişdi: birincilər ilk dəfə xalqımızın ən gözəl bayramını birlikdə, sevimli məktəbdə qeyd edirdilər. Sinif otaqları milli üslubda bəzədilmişdi, şagirdlər milli paltarları və rəngarəng kostyumları, üzlərində və gözlərindəki təbəssümlə hər kəsə xoş əhval ruhiyyə bəxş edirdilər.Sinif rəhbərlərinin verdikləri tapşırıqların öhdəsindən də məharətlə gəldilər. Bayramla əlaqədar şeirlər, mahnılar, səhnəciklər ifa etdilər, bayram təbrikləri çatdırdılar.Biz də balacalrımızın təbriklərinə qoşuluruq, onlar başda olmaqla bütün şagirdlərimizə uğurlar arzu edirik.Qoy bu əziz bayramımızın ayağı sayalı olun, xalqımıza əmin amanlıq və firavanlıq gətirsin!!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi