Yubiley qeyd edildi

Liseyimiz yaranan gündən işlədiyi ocağa qayğı və sevgi ilə yanaşan Süleymanova Fatimə müəllimənin 55 illik yubileyi qeyd edildi. Əziz günündə müəllimlər otağında toplanan kolleqaları və liseyin rəhbərliyi sevimli iş yoldaşlarını təbrik etdilər. Hər zaman kollektiv üzvlərinin sevincinə qoşulan, zəhmətini dəyərləndirən liseyin direktoru A.Əhmədli yubilyarla bağlı xoş sözlər söylədi, arzularını dilə gətirdi. Həm iş yoldaşları, həm də şagirdləri adından Fatimə müəlliməyə can sağlığı və uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi