Bütöv Azərbaycan

31 may 2019-cu il tarixində liseyimizin həyətində  1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tamaşa-konsert keçirildi.  Tədbir "Bütöv Azərbaycan" adlanırdı. Tədbir boyunca şagirdlər Azərbaycanın müxtəlif bölgələrinin rəqs və mahnılarını ifa etdilər.  Səhnənin bir tərəfində Azərbaycanın xəritəsinin silueti yerləşdirilmişdi. Hər bölgəyə aid rəqs ifa edildikdən sonra şagirdlər  pazl şəklində qurulmuş Azərbaycan xəritəsini tamamladılar. Sonda Qarabağ bölgəsini də xəritədə yerləşdirən  şagirdlər azadlıq və sülh rəmzi olaraq havaya göyərçin uçurdular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi