Uşaq hüquqlarını qoruyaq

21.05 2019-cu il tarixdə məktəbin psixoloqu Hacıyeva Xatirə "Uşaq hüquqlarını qoruyaq" adlı seminar təşkil etdi. Seminarın mövzusu şagirdlərin marağına səbəb oldu. Seminarda iştirak edən şagirdlər Uşaq Hüquqları Konvensiyasında yer alan müddəalarla tanış oldular, uşaq hüquqları ilə bağlı  məlumatlandırıcı videoçarx izlədilər. Psixoloq şagirdlərin suallarını cavablandırdı və  sonda bir daha  bildirdi ki, hər bir şagird öz hüquqlarını bilməlidir. Hüquqlarını bilməsi onların gələcək inkişafı üçün zəruridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi