"Çiçəklənən Azərbaycan" devizli kompaniya

Ümummilli lider  Heydər Əliyev  həmişə yaşıllaşmaya, ağac  və güllərin əkilməsinə böyük önəm verib. Bu məqsədlə də Heydər Əliyevin    anadan olmasının  96-cı il dönümü münasibətilə "Çiçəklənən Azərbaycan"  devizi  altında liseyin həyətyanı sahəsində rəhbərlik və şagirdlər tərəfindən rəngarəng güllər əkildi. Ulu öndərin xatirəsinə həsr olunmuş güləkmə kompaniyası liseyin direktorunun təşəbbüsü və iştirakı ilə həyata keçirildi. Bütün şagird və müəllim heyəti bu təşəbbüsə yüksək fəallıqla qoşuldular. Bu kompaniyalar ekologiyanın qorunub saxlanmasında mühüm rol oynamaqla  yanaşı, mütəşəkkilliyin, birliyin və zəhmətin göstəricisidir. Bu həm də şagirdlərdə estetik zövqün formalaşmasını təmin  edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi