Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turu keçirildi

Mayın 4-də Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçirilib.

Olimpiadada ümumi təhsil məktəblərinin V-VI sinif şagirdləri iştirak edib.

Məktəbdaxili mərhələdə şagirdlər 1 saat yarım vaxt ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

Liseyimizdə keçirilən imtahana  nəzarətə məsul şəxs   liseyin direktor müavini Məmmədova Aygün və nəzarətçi müəllimlər bilik yarışını təlimata uyğun həyata keçiridilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi