Şagirdlərimiz liseyin direktoru ilə görüşdülər

"Təhsildə keyfiyyət ili” ilə bağlı nazirliyin Fəaliyyət planında nəzərdə tutulan mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi liseyin əsas fəaliyyət istiqamətlərindəndir. Bu baxımdan silsilə tədbirlər, yarışlar keçirilməkdə davam edir. Lisey daxili Kiçik Akademiyanın üzvləri mütəmadi görüşlərini davam etdirir, əldə etdikləri nəticələri müzakirə edirlər. Akademiyanın bir qrup üzvü  2 may 2019-cu il tarixində liseyin bir qrup şagirdi öz fikirlərini bölüşmək və məsləhətlər almaq üçün liseyin direktoru, Biologiya elmləri üzrə fəlsəfə doktoru Aygün Əhmədli ilə görüşə gəldilər. Həm də çox gözəl pedaqoq olan lisey rəhbərindən dəyərli məsləhətlər alan şagirdlər işlərinə fərqli nəzər nöqtələrindən baxacaqlarını, araşdırmaları dərinləşdirəcəklərini qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi