Liseyimizin şagirdləri "Oxu günü" tədbirində

     YUNESKO-nun qərarına əsasən, hər il aprelin 23-nün beynəlxalq səviyyədə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd edilir. Bu münasibətlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Oxu günü” ilə əlaqədar olaraq tədbirlər keçirilir. “Oxu günü” çərçivəsində tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir. Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün məktəblərdə əlverişli şəraitin yaradılması mühüm amillərdəndir.

       Tədbirlər çərçivəsində hər il Heydər Əliyev Mərkəzinin qarışında böyük bir ədəbiyyat bayramı  keçirilir. Başda Təhsil Naziri Ceyhun Bayramov olmaqla, ölkənin bütün aidiyyatı olan strukturların nümayəndələri, KİV nümayəndələri və adi vətəndaşlar qarşısında gənc ədəbiyyatsevərlərin böyük həvəslə təqdim etdikləri rəngarəng səhnəciklər qürur hissi oyadır.

       Liseyimizin şagirdləri də hər il bu tədbirə dərin məsuliyyət və sevgi ilə hazırlaşırlar. Bu ilki tədbirdə şagirdlərimiz izləyicilər qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun  "Arşın mal alan" musiqili komediyasından fraqmantlərlə  çıxış etdilər.  Şagirdlərimiz gözəl ifaları ilə ziyarətçilərin diqqətini çəkməyi bacardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi