Pul Viktorinasının qalibləri mükafatlandırıldı

Otuz iki bank assosiasiyasını birləşdirən Avropa Banklar Federasiyasının üzv ölkələri arasında təşkil etdiyi Avropa Pul Viktorinası məktəblilərin maliyyə savadlılığının artırılmasını dəstəkləmək məqsədilə keçirilir. Məhz buna görə də viktorinada iştirak edən 13-15 yaşlı məktəblilərə əsasən bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar təqdim olunur. Qaydalara uyğun olaraq, vitorinanın milli mərhələri iştirakçı ölkələrdə, final mərhələsi isə Belçikanın Brüssel şəhərində təşkil ediləcək. Yekunda, I, II və III yerləri bölüşmüş qaliblərə mükafatlar, digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunmuşdur. Liseyimizin 9a sinif şagirdi İbrahimov  İsa da mükafatlananlar sırasındadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi