Heydər Əliyev və ordu quruculuğu

      17 aprel 2019-cu il tarixində 287 nömrəli Zəkalar liseyinin akt zalında "Heydər Əliyev və ordu quruculuğu "  mövzusunda görüş keçirildi. Tədbirdə liseyin kollektivi, şagirdlər və  qonaqlar  iştirak edirdi. Qonaqların sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsinin Xətai rayon şöbə müdiri, mayor Anar Ağayev, həmin  şöbənin əməkdaşı gizir Nicat İmamquliyev, Müharibə Əlilləri və Şəhid ailələri Respublika İçtimai Birliyinin Xətai rayon şöbəsinin sədr müavini, müharibə veteranı Mehman Məmmədov da  var idi. Görüşü liseyin direktoru, YAP-nın Xətai rayon Qadınlar Şurasının sədri Aygün Əhmədli  cıxış nitqilə açıq elan etdi. Daha sonra liseyin GHÇ müəllimi, hərbi rəhbər, ehtiyyatda olan palkovnik-leytnant, müharibə veteranı, hərbi müxbir  Rüstəmov İbrahim çıxış etdi.  Sonra söz qonaqlara verildi. Çıxış edənlərin hər biri müharibə şəraitində yaşayan Azərbaycanda Heydər Əliyevin ordu quruculuğu siyasətindən şagirdlərə məlumat verdi.   Çox böyük çətinliklərə baxmayaraq,   H.Əliyevin mahir diplomatiyası, qəti və uzaqgörən siyasi bacarıqları sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılışından bəhs edildi.   1992-ci ildə cəbhə xəttində atəşkəsə nail olduqdan sonra ordu quruculuğu işini tam sürətləndirildiyi, ardıcıl verdiyi fərmanlarla ordumuzun regionun ən güclü ordusuna çevrildiyi qeyd edildi.  Müharibə veteranı   Mehman Məmmədov şagirdlərlə öz xatirələrini bölüşdü. Qarabağda gedən döyüşlərdə ordumuzun igid əsgərlərinin göstərdiyi şücaətdən danışdı. Mayor Anar Ağayev liseyə Azərbaycan tarixini özündə əks etdirən maraqlı kitab və vəsaitlər hədiyyə etdi.

     Bütün çıxışlar şagirdlər tərəfindən  maraqla qarşılandı. Görüş iştirakçılarda   böyük vətənpərvərlik əhval-ruhiyyəsi yaratdı, sabahlara və dövlətimizin qüdrətinə inamı daha da artırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi