Komandamız FLL yarışında iştirak etdi

Aprelin 6-da ADA Universitetində “FIRST LEGO League” mühəndislik və robot texnologiyası üzrə olimpiada keçirilib.1998-ci ildən etibarən Danimarkanın “Lego Education” və ABŞ-ın “First” şirkətinin ortaq layihəsi kimi təşkil olunan “FLL” turnirinin məqsədi uşaqların elm və texnologiyaya olan maraqlarını artırmaq və real problemlərinin həllinə töhfə verməkdir. 2018-2019-cu il mövsümü üzrə Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunan turnirin builki mövzusu kosmosa həsr olunub və “Into Orbit” adlanır. Keçirilmiş yerli turnir çərçivəsində 10-16 yaşlı məktəblilərdən ibarət 30 komanda “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı 4 kateqoriya üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın münsiflər heyəti Türkiyə Respublikasından dəvət olunmuş beynəlxalq ekspertlərdən və ADA Universitetinin müəllimlərindən ibarət olub. Liseyimizin 9-cu sinif şagirdləri Əzizov Fərid, Quliyev Kərim, 8-ci sinif şagirdi Rəhimov Tofiq, 7-ci sinif şagirdləri Rüstəmzadə Polad və Məmmədov Ayxandan ibarət komandası uğurlu çıxışa görə medal və sertifikatlarla mükafatlandırılıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi