Müsabiqə qalibləri bəlli olub

Məktəblilər arasında “Azərbaycan dili-milli varlığımızdır” adlı şeir müsabiqəsinin şəhər mərhələsinin qalibləri müəyyənləşib.  Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş müsabiqənin şəhər mərhələsində 36 şagird iştirak edib. Müsabiqə Azərbaycan dilinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə keçirilir. Liseyimizin 11d sinif şagirdi  Əbülfəz Rzazadə II yerin sahibi olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi