20 Yanvar şəhidləri anıldı

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış gün- 20 yanvar 1990-cı il...

Azadlıq uğrunda xalqımızın mərd oğullarının rus ordusu qarşısındakı məğrur duruşu və haqlı  mübarizəsi  haqqında illər keçsə də  ilk günki kimi qürurla danışılır. Şəhidlər xiyabanında əbədi uyuyan igidlərin xatirəsi hər zaman dərin hörmətlə anılır.

Qanlı yanvar gününün il dönümü ərəfəsində liseyimizdə bir sıra tədbirlər həyata keçirildi. İlk dərslər şəhidlərə xatirəsinə həsr olundu. 20 yanvar faciəsinin ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirildi. Müsabiqənin qalibləri 8b sinif şagirdi M.Emilya, 7c sinif şagirdi H.Zeynəb müsabiqənin elan edildilər.

Faciənin qəhramanlarını anmaq üçün "Şəhidlər ölmür"  adlı bədii kompozisiya təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi