Fibonacci oyununu qalib olaraq başa vurduq

Aylardır davam edən Fibonacci intellektual oyunu nəhayət ki, final oyunu ilə başa çatdı. Bütün oyunlarda dəfələrlə birinci və ikinci yerin sahibi olan komandamız  hamının yaddaşında gözəl çıxışı ilə qalacaq. Son oyunda komandamız  birinci yerin sahibindən yalnız bir xalla geri qalaraq ikinci yerə layiq görüldü. Suallardan birinin qeyri-dəqiq tərtibatı ilə əlaqədar xal itirdiklərinə əmin olan komanda üzvlərimiz hakimlərə apelyasiya ilə müraciət etdilər. Ədalətli qərar qəbul edilmədiyini bildirən komanda üzvlərimiz lisey kollektivi üçün nəticədən asılı olmayaraq qalibdirlər. "Zəkalar"ın zəkalı balalarının uğurlarının davamını diləyirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi