"Ölkəmizi tanıyaq" layihəsinin növbəti tur-aksiyası

             15.03.2019-cu il tarixdə  səhər saatlarında Xətai rayonundakı Heydər Əliyev adına parkda  "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində növbəti dəfə təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçılarının Naxçıvan Muxtar Respublikasına 3 günlük səfərə yolasalma mərasimi keçirildi.

            Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev, rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər, valideynlər və aksiyada iştirak edən məktəblilər əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, ehtiramlarını bildirdilər.

             Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya layihəsinin təşkili Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən burada əsl bayram əhval ruhiyyəsi yaranmışdı.

             Bu səfərdə liseyimizi 10a sinif şagirdi Səfərova Nuray təmsil edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi