Soqırımla bağlı tədbirlər silsiləsindən

Gün ərzində soyqırım faciəsini özündə əks etdirən film və video materiallar şagirdlərə nümayiş etdirildi. Xocalı soyqırımının acı həqiqətlərini gələcək nəsillərə aşılamaq üçün böyül tədbirlər planı həyata keçirildi.  Təşkilati işlər üzrə direktor müavini Rəhimova Səidə və   təsviri incəsənət müəllimi  Qasımova Fərqanənin rəhbərliyi ilə soyqırımın ildönümü ilə bağlı rəsm müsabiqəsi təşkil edildi, qaliblər mükafatlandırıldı. Liseyin şagirdləri arasında  "Xocalı faciəsi uşaq yaradıcılığında" mövzusunda  inşa müsabiqəsi elan  edildi. Təqdim olunan yazılar lisey rəhbərliyi və Azərbaycan dili və ədəbiyyat metodbirləşməsi rəhbəri Tağıyeva Xəyalə tərəfindən qiymətləndirildi. Ən yaxşı yazıların müəllifləri mükafatlandırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi