26 Fevral - Xocalı soyqırımı anıldı

Xocalı soyqırımının 27-ci il dönümü liseyimizdə də qeyd edildi. Belə ki, bu münasibətlə bir sıra tədbirlər həyata keçirildi. İlk dərs Xocalı soyqırımına həsr olunduğu üçün 8b sinif şagirdləri  sinif rəhbəri Bilalova Sahilənin rəhbərliyi altında "Ana fəryadı" abidəsini ziyarət etdilər.

Liseyin tarix müəllimi Abdullayev Hikmət soyqırım tarixini şagirdlərə çatdırmaq  məqsədilə "Xocalıya gedən yol"  mövzusunda keçirilən dəyirmi masada mühazirə söylədi.Şagirdlərin bilmədiyi faktlar və hadisələr onların böyük marağına səbəb oldu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi