Cəfər Cabbarlı-120

21 fevral 2018-ci il tarixində liseyimizdə Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbir liseyin təşkilati işlər üzrə direktor müavini Rəhimova Səidə, Azərbaycan dili və ədəbiyyat müəllimləri Səfərova Nərminə, Məmmədova Səbinə, İskəndərova Günay tərəfindən hazırlanmışdı. Tədbiri  izləyənlər   dramaturqun həyat və yaradıcılığına qısa səyahət etdi. Dahi insanın yazdığı qiymətli şeirlər səsləndirildi. Şagirdlərin ifasında "Oqtay Eloğlu"  əsərindən bir hissə səhnələşdirildi. Tədbirdə Cəfər Cabbarlı obrazını liseyimizin 5b sinif şagirdi,   dramaturqun qardaşı nəticəsi Əjdər Cabbarlı canlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi