Quluzadə Mehdi Zəkəriyyə oğlu

22 fevral 2016-cı il tarixində Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən gənclərin iştirakı ilə “26 fevral – Xocalı soyqırımı XXIV ildönümü” münasibəti ilə konfrans keçirildi. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim, Prezident Administrasiyası ictimai siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, millət vəkili Adil Əliyev, Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat müşaviri Həmid Karadəniz, Tələbə Gənclər Təşkilatlarının nümayəndələri, tələbələr, valideyn və müəllimlər iştirak etmişlər. Tədbirin sonunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Müharibə uşaqların gözü ilə” mövzusunda inşa yazı müsabiqəsində yer tutmuş iştirakçılar mükafatlandırıldılar. Qaliblərə diplomlar və hədiyyələr təqdim edildi. Liseyimizin IX D sinif şagirdi Quluzadə Mehdi Zəkəriyyə oğlu da qaliblər sırasında yer aldı. Qeyd edək ki, Mehdi Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında I yerə layiq görülmüşdür. 24 fevral tarixində isə Xətai rayonu 245 nömrəli məktəbdə Xocalı faciəsinə həsr olunmuş tədbirin sonunda ona daha bir diplom təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi