Valideynin məktəbdə bir günü

Valideynlərin  övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi məqsədilə  liseyimizdə  "Valideynin məktəbdə bir günü"     adlı layihə keçirildi.  Layihə ibtidai siniflər üzrə 8 fevral, yuxarı siniflər üzrə 15 fevral tarixlərində keçirilmişdir. Rəsmi açılışdan sonra valideynlər ümumtəhsil müəssisəsi ilə əyani tanış oldular. Liseyin direktoru Aygün Əhmədli və təlim tərbiyə işləri üzrə direktor müavini Leyla Məcidovanın çıxış etdiyi seminar  keçirildi. Valideynlərə ümumtəhsil pilləsində təhsil alanların attestasiyasının aparılması qaydası ilə bağlı valideynlərə məlumat verildi.  Tədbir dərs gününə təsadüf etdiyi üçün, valideynlər müəyyən növbələrlə tədris prosesini izləmək şansı əldə etdilər. Tədbirin  yekununda valideynlər qeyri formal mühitdə ünsiyyət qurma və əməkdaşlıq  perpektivlərini müzakirə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi