Müəllim və şagirdlərimiz mükafatlandırıldı

 28 dekabr 2018-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası qaliblərinin və təhsil işçilərinin mükafatlandırılma mərasimi, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert proqramı keçirilib. Tədbirdə məntiq olimpiadasının gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat nəzərə çatdırılıb. Sonra qalib şagirdlər mükafatlandırılib. Onların arasında liseyimizdən  6-cı sinif şagirdi Miriyeva Nəzrinə, 7-ci sinif şagirdləri Fərmanova Fidana və Paşayeva Nuraya bürünc  medallar təqdim edildi. Daha sonra pedoqoji fəaliyyətində fərqlənən müəllimlərin mükfatlandırılması mərasimi olub. Liseyimizin biologiya müəllimi Aslanova Zəminə  “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olundu.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi