İngilis dili aylığı çərçivəsində açıq dərs keçirilildi

Liseydə ingilis dili aylığı başladı. İngilis dili müəllimləri bu il də ötən il olduğu kimi öz işlərini təqdim etməyə hazırlaşırlar. Bütün siniflərdə layihələr işlənir və təqdimatlara və tədbirlərə hazırlıqlar gedir. Fevralın 12-də "Zəkalar" liseyinin ingilis dili fənn metodbirləşməsinin rəhbəri Qasımova Sədaqət humanitar təmayüllü 9c sinifində açıq dərs verdi. Dərsin mövzusu: Cəlil Məmmədquluzadə, "Ölülər" tragikomediyası və Vilyam Şekspir, "Hamlet" faciəsi.Dərsin məqsədi: Dramaturqların həyat və yaradıcılığı, əsərləri və bu əsərlərin baş qəhrəmanları arasında fərqli və oxşar cəhətləri tapmaq və təqdim etmək.Gözlənilən nəticələr: Dərsin sonunda şagirdlər fərqli və oxşar cəhətləri öyrənəcəklər.Dərsdə şagirdlər fərdi, kiçik qruplarla, kollektiv işlədilər; əqli hücum, BİBÖ, rollu oyunlar, Venn diaqramı, şaxələndirmə, kiçik qruplarda müzakirələdən istifadə olundu. Dərsdə ədəbiyyat fənninə, qismən də tarix fənninə inteqrasiya edildi. Dərsdə texniki vasitələrdən - kompyuter, proyektor, işçi vərəqlərdən, internet resurslardan, plokatlarda istifadə olundu.Dərsdə qiymətləndirmə mərhələlərlə aparıldı: qrup işlərindən, yaradıcı tətbiqetmədən sonra, şagirdlər özləri qrup işlərində əməkdaşlığı qiymətləndirdilər, sonda yekun qiymət çıxarıldı. Fəal dərsin mərhələlərinin hamısı dərsdə öz əksini tapdı: Motivasiya şəkillərlə verildi, problem situasiya yaradıldı, təqdimat sualı qoyuldu, müzakirə edildi, şagirdlər iki qrup işi işlədilər və təqdim etdilər. Ümumiləşdirmədən sonra yaradıcı tətbiqetmədə şagirdlər Hamletin monoloqunu ingilis və azərbaycan dillərində, İskəndərin nitqini azərbaycan və ingilis dillərində ifa etdilər. Dərsin nəticəsi çıxarıldı və ev tapşırığı("Ətrafımızdakı çatışmazlıqlara münasibətiniz" mövzusunda esse yazmaq) verildi.Dərs əvvəldən axıra qədər ingilis dilində aparıldı. Dərsdə liseyin direktoru Aygün xanım, direktor müavinləri, liseyin müəllimləri tərəfindən dinlənildi və direktoryanı müşavirədə müzakirə edildi. Dərsin təhlili və aparılmasının müsbət tərəfləri haqqında danışıldı və bəyənildi. Müəllimənin təcrübəsi və təşkilatı bacarıqları nəzərə çatdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi