Ulu öndərin anım tədbiri keçirildi

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.  Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Bu münasibətlə, liseyimizin akt zalında   tədbir təşkil olundu. Pedoqoji kollektivin, bir qrup şagirdlərinin iştirak etdiyi tədbiri liseyin direktoru YAP-sının Xətai rayon Qadınlar Şurasının sədri Aygün Əhmədli açıq elan etdi. Tədbirin bədii hissəsini liseyin ibtidai sinif müəllimi Reyhan Hacinskaya rəhbərlik etdiyi 4a sinif şagirdləri ilə birgə hazırlamışdı. Şagirdlərin ifasında   ulu öndərə, onun vətənimiz üçün göstərdiyi əvəzolunmaz fəaliyyətinə həsr olunmuş mahnı və şeirlər dinləndi.  Həmçinin,  anım gününə həsr olunmuş divar qəzeti və inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi