Möhtəşəm qələbə: bir oyun, üç kubok!

11 dekabr 2018-ci ildə  Xəmsə Milli İntellektual oyununun Yeniyetmələr arasında VI Azərbaycan çempionatının finalı  keçirildi. Builki yarışda 22 şəhər və rayondan 32 komanda  iştirak edib. Liseyimizi bu yarışmada 11-ci sinif şagirdləri Səmədov Namiq, Quliyev Əmir, Xudaverdiyev Səbuhi, Aslanova Nərgiz, Rəfiyeva Lalə təmsil edirdilər. Yarışma komandamız üçün böyük sevinclər gətiridi.  Belə ki,   komandamız builki çempionatdan evə  3 kubokla geri döndü. Final oyununu 8799 xalla başa vuran şagirdlərimiz  VI çempionatın qalibi olaraq   həm qalibiyyət , həm də ən yaxşı komanda kuboklarına sahib oldu. Bundan başqa komandanın üzvü 11d sinif şagirdi Səmədov Namiq çempionatın ən yaxşı oyunçusu olaraq kubok götürdü. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi