"Ölkəmizi tanıyaq" tur-aksiyası

Artıq on ildir ki, Azərbaycanın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin "Ölkəmizi tanıyaq"  devizi altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən tur-aksiyalar ənənə xarakteri alıb. Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, əldə olunan nailiyyətlərilə  tanış etməkdir. Bu il 14-17 noyabr tarixləri arasında  Xətai  məktəblilərinin Lənkəran-Astara-Masallı rayonlarına  səfərləri baş tutdu. Liseyimizin iki şagirdi Bağırlı Murad və Baxşılı Aytac da aksiyada iştirak ediblər.  Şagirdlər bölgənin tarixi abidələri, sosial-iqdisadi həyatı, şəfalı məkanları ilə tanış olublar. Onlar ulu öndərin adını daşıyan mərkəzdə, "Xanbulaq" istirahət mərkəzində, "Hirkan" Milli parkında, "Qoşa qala" qapıları və digər maraqlı məkanlarda, bölgədəki muzeylərdə olublar. Daha sonra Sovet İttifaqı qəhrəmanı , tank qoşunları generalı Həzi Aslanovun xatirəsinə ucaldılan abidəni və qəhrəmanın ev muzeyini ziyarət ediblər. Aksiya boyunca əyləncəli yarışma proqramları təşkil edilib, şagirdlərə sertifikat və hədiyyələr təqdim edilib. Çox gözəl və zəngin təəssüratlarla səfərdən qayıdan məktəbliləri Heydər Əliyev adına istirahət parkında valideynləri və Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri qarşılayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi