Bayrağımızın 100 illiyi

8 noyabr 2018-ci ildə liseyimizin akt zalında bayrağımızın 100  illiyinə həsr olunmuş tədbir keçirildi.  Tədbiri liseyimizin psixoloqu Xatirə Hacıyeva təşkil etmişdi. Tədbirdə liseyin rəhbərliyi, valideynlər, şagirdlər iştirak edirdi. Tədbirdə şagirdlərin ifasında şeirlər, mahnılar dinləndi, rəqslər təqdim edildi. Bayrağımızın yaranma tarixi, ikinci dəfə müstəqil Azərbaycanın səmasında dalğalanması səhnələşdirildi. Üzeyir Hacıbəylinin, Məmməd Əmin Rəsulzadənin bayrağımızla bağlı fikirləri səhnəciklər şəklində təqdim edildi.  Tədbir maraqlı ssenarisi, şagirdlərin bacarıqlı ifası və ən əsası kiçik qəlblərin  izləyənlərə ötürə bildiyi  böyük vətənpərvərlik hisləri ilə yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi