Ağamirzadə Əsmər

Oktyabrın 30-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda konfrans keçirilib.Fondun təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı məktəbliləri arasında təşkil olunmuş “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsinin nəticələrinin də elan olunduğu konfransda Fondun rəhbərliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, müsabiqədə iştirak edən məktəblilər, məktəb direktorları, müəllimlər və valideynlər iştirak ediblər. Liseyimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Ə.Könülün  şagirdi Ağamirzadə Əsmər təqdim etdiyi inşa ilə birinci yerin sahibi olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi