Sabir Məmmədovun doğum günü

Kollektivimizin sevimli üzvü Sabir Məmmədovun 60 yaşı tamam oldu. Sabir müəllimin doğum gününü liseydə həmkarları əhatəsində qeyd etdik. Liseyin direktoru və müəllim yoldaşları çıxış edərək yubilyara səmimi ürək sözlərini və arzularını çatdırdılar. Çalışdığı müddətdə göstərdiyi nümunəvi fəaliyyətə görə Fəxri fərmanla mükafatlandırıldı. 26 yaşlı liseyimizin ilk illərindən burada riyaziyyat müəllimi kimi çalışan Sabir müəllim həm şagird, həm də müəllim kollektivinin dərin hörmətini və sevgisini qazanmışdır. Ömrünün böyük hissəsini səmimi qayğı ilə şagirdlərinə  həsr edən peşəkar müəllimin əməyi layiqincə qiymətləndirilmiş, 2016-cı ildə "Əməkdar müəllim" adına görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi